8 C
Baku
Monday, November 18, 2024

“Bloomberg”: Sinqapurda nəhəng qızıl və gümüş anbarı açılıb

Sinqapur dünyanın ən zəngin insanlarının qiymətli metala artan tələbatını ödəmək üçün nəhəng qızıl anbarı açıb, bu barədə “Bloomberg” yazır.

Altı mərtəbəli 16 700 kvadratmetrlik anbar 10 min ton gümüş və 500 ton qızıl saxlamaq üçün nəzərdə tutulub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Agentlik qeyd edir ki, geosiyasi risklərin artdığı bir dövrdə qızıla tələbat artır. İnvestorlar əsas dünya valyutalarının (dollar və avro daxil olmaqla) qeyri-sabitliyindən ehtiyat edərək qızıla investisiya qoyurlar.

Qızılın qiyməti ötən həftə bütün zamanların ən yüksək həddinə çataraq unsiya üçün 2500 dolları keçib. Eyni zamanda, aktiv sürətlə satılır. Gümüş 20%-dən çox bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər