6 C
Baku
Friday, January 30, 2026

Bloomberg: SpaceX Tesla və ya xAI ilə birləşmə imkanını araşdırır

İlon Mask tərəfindən təsis edilən “SpaceX” onun rəhbərlik etdiyi digər şirkətlər — Tesla və xAI ilə mümkün birləşmə variantlarını nəzərdən keçirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Bildirilir ki, bu addım dünyanın ən varlı insanı olan Maskın öz biznes imperiyasını konsolidasiya etmək istəyindən xəbər verir. Bəzi investorlar SpaceX-in elektromobil istehsalçısı Tesla ilə birləşməsi perspektivini dəstəkləyir. Bununla yanaşı, süni intellekt sahəsində işləmələr aparan xAI startapı ilə birləşmə ehtimalı da ayrıca nəzərdən keçirilir, deyə Bloomberg əlavə edib.

Nəşr qeyd edir ki, hələlik yekun qərar qəbul olunmayıb. Eyni zamanda vurğulanır ki, bu mümkün razılaşmalardan hər biri “infrastruktur fondları və Yaxın Şərq investorları tərəfindən əhəmiyyətli maraqla qarşılanacaq”.

Son xəbərlər
Digər xəbərlər