“Apple” şirkətinin qatlanan ekranlı iPad istehsalı layihəsi texniki çətinliklərlə üzləşib və bu səbəbdən 2028-ci ilə planlaşdırılan təqdimatın təxirə salına biləcəyi bildirilir, “Bloomberg” yazır.
Agentliyin müsahiblərinin sözlərinə görə, şirkət cihazı 2028-ci ildə buraxmaq istəyirdi. Lakin prototipin texniki xüsusiyyətləri — çəkisi və ekran texnologiyasının özəllikləri — “mühəndislik problemləri” ilə üzləşib. Məlumata görə, “Apple” 18 düymlük ekranın hazırlanması üzərində “Samsung Display Co.” ilə əməkdaşlıq edir.
“Bloomberg” mənbələrinin fikrincə, qatlanan iPad-in bazara çıxışı 2029-cu ilə və ya daha gec bir vaxta təxirə salına bilər. İlkin hesablamalara görə, cihazın qiyməti təxminən 3 min ABŞ dolları olacaq.