22 C
Baku
Wednesday, October 8, 2025

“Bloomberg” Tim Kukun potensial varisinin adını açıqlayıb

“Bloomberg” yazır ki, “Apple” şirkətində yaxın vaxtlarda genişmiqyaslı rəhbərlik dəyişikliyi baş verə bilər. Mənbələrə görə, baş direktor Tim Kukun postunu tərk etməsi ehtimalı yüksəkdir. Onun ən real varisi isə aparat təminatı üzrə inkişaf şöbəsinin rəhbəri Con Ternus hesab olunur.

Şirkət həmçinin “Vision Air” məhsulunun buraxılışını təxirə salıb və bütün diqqəti “ağıllı eynəklərin” inkişafına yönəltmək istəyir. Bununla yanaşı, “Vision Pro” və “iPad Pro” modellərinin yenilənmiş versiyalarının yaxın zamanda təqdim olunması gözlənilir.

2019-cu ildə dizayn şöbəsinin rəhbəri Coni Ayv və pərakəndə satış bölməsinin başçısı Anjela Arendtsin istefaları kimi bir neçə mühüm dəyişiklik olsa da, baş direktor Tim Kuk əsas rəhbərləri təqaüd planlarını təxirə salmağa inandıra bilmişdi.

“Ancaq bu sabitlik əbədi davam edə bilməz. Apple-də rəhbərlikdə böyük dəyişikliklər dövrü başlayır. Bu proses baş əməliyyat direktoru Ceff Uilyamsın istefası ilə artıq start götürüb. Vaxtilə Tim Kukun əsas varisi sayılan bu rəhbər bu il vəzifəsini tərk etməyə hazırlaşır. Onun ardınca bir neçə yüksək vəzifəli şəxs də vəzifədən ayrılacaq”, – məqalədə deyilir.

Son xəbərlər
Digər xəbərlər