15 C
Baku
Sunday, November 24, 2024

“Bloomberg”: Trampın qələbəsi dünyanın ən zəngin adamlarına rekord $64 mlrd. qazandırıb

Dünyanın ən zəngin on adamının sərvəti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra kəskin artıb, bu barədə “Bloomberg” yazıb.

Ümumilikdə milyarderlərin sərvəti 63.5 milyard dollar artıb, biznesmen İlon Mask gəlirə görə onlar arasında birinci yeri tutub – onun sərvəti 290.3 milyard dollara yüksəlib. İkinci yerdə “Amazon”un qurucusu Ceff Bezos (228.3 milyard dollar), üçüncü yerdə isə “Oracle”ın sədri Larri Ellison (193.5 milyard dollar) qərarlaşıb.

“Bloomberg” digər iş adamları arasında Bill Qeyts, Larri Peyc, Sergey Brin, Uorren Baffet və Stiv Balmeri də sadalayır. Nəşr qeyd edir ki, dünyanın ən varlı adamlarının qazancının böyük hissəsi ABŞ səhmlərinin artımı hesabına artıb.

Xatırladaq ki, Donald Tramp noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlib. O, seçicilərin əksəriyyətinin səsini qazanıb. İlkin məlumatlara görə, ölkə üzrə seçicilərin 51%-i ona səs verib.

Son xəbərlər
Digər xəbərlər