27 C
Baku
Thursday, July 18, 2024

“Bloomberg”: Ukrayna müharibəsi daha 6-7 il davam edə bilər

“Bloomberg” Avropanın G7 ölkələrindən birinin yüksək vəzifəli rəsmisinə istinadən yazır ki, Ukraynadakı hərbi münaqişə daha 6-7 il davam edə bilər və Kiyevin müttəfiqləri onun maliyyə dəstəyini bu müddətə planlaşdırmalıdırlar. Agentlik bildirir ki, bu, bu ilin əvvəlində gözləniləndən xeyli uzun müddətdir, lakin “son aylarda Ukraynanın əks-hücumunda ləng irəliləyiş xarici rəsmilərin gözləntilərini zəiflədib”.

G7 ölkələrinin nümayəndələri sentyabrın 18-də BMT Baş Assambleyası çərçivəsində keçirilən şam yeməyində vəziyyəti müzakirə ediblər və münaqişənin “orta və uzunmüddətli perspektivdə” davam edəcəyi ilə bağlı razılığa gəliblər”, – deyə Dövlət Departamentinin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib. “Bloomberg”in mənbəsinin aydınlaşdırdığı kimi, Ukrayna Qərbdən kifayət qədər silah verilməməsi və insan itkilərinin artması səbəbindən artan problemlərlə üzləşəcək.

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Qərbin Ukraynaya dəstəyini davam etdirməyə gücü çatmır. Onun müttəfiqləri təkid edirlər ki, atəşkəs üçün Rusiya ən azı 2022-ci ilin fevralından bəri işğal olunmuş bütün ərazilərdən ordusunu çıxarmalıdır. Bu şərt yerinə yetirilmədən Ukrayna və Qərb ölkələri danışıqlara qarşı çıxmaqda davam edir.

Bu həftə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun Ramşteyn formatında 15-ci iclasında Pentaqon Amerikanın “Abrams” tanklarının Ukrayna ordusuna tezliklə gələcəyini elan edib, həmçinin həmkarlarını hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski də BMT Baş Assambleyası çərçivəsində tərəfdaşları ilə bu mövzunu müzakirə edəcək.

Son xəbərlər
Digər xəbərlər