25 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Bloomberg”: Vahid Ələkbərov varidatı artan rusiyalı milyarderlərin ilk beşliyində

Screen Shot 2021 09 02 at 14.34.20

Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov ilin əvvəlindən bəri varidatı artan rusiyalı zənginlər arasında ilk beşlikdədir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə dünyanın ən varlı 500 adamının daxil olduğu “Bloomberg Billionaires Index”in (BBI) reytinqindən bəlli olur.

Bildirilir ki, Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən bəri 4,01 milyard artaraq 21,3 milyard dollara çatıb.

“Lukoyl” şirkətinin rəhbərindən əlavə ilin əvvəlindən bəri sərvəti artan rusiyalı zənginlər arasında ilk beşlikdə “Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşov (dördüncü yer), Novolipetsk Metallurgiya Zavodunun rəhbəri Vladimir Lisin (üçüncü yer), “Novatek” rəhbəri Leonid Mixelson (ikinci yer) və “Nornikel” rəhbəri Vladimir Potaninin (birinci yer) adı qərarlaşıb.

BBI-in ümumi reytinqində “Amazon”un sahibi Ceff Bezos lider olaraq qalır. Onu “SpaceX” və “Tesla” rəhbəri İlon Mask və LVMH holdinqinin əsas sahibi Bernar Arno izləyir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Oxu.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər