Bloomberg agentliyi özünün dünyanın ən nüfuzlu insanları reytinqini elan etdi. Reytinqə 50 nüfuzlu şəxs daxil edilib. Bloomberg analitikləri sözügedən bu reytinqi təşkil edərkən çoxsaylı jurnalist və redaktorun fikrini öyrənmiş, daha sonra reytinqin pillələrinin sayını 100-dən 50-ə endirmişdir.
Banker.az reytinqin ilk 10 pilləsini təqdim edir:
10. Serxio Moro, Federal hakim, Braziliya
Məhz hakim Moro və onun prokuror komandası sayəsində Braziliyada prezident Dilma Russefin vəzifəsindən azad edilməsini təmin edən siyasi mühit yaradılıb.
9. Warren Buffet, СЕО, Berkshire Hathaway
Buffet bu il ərzində də perspektivli şirkətlərə investisiya yatırmağa davam edir. Onun Berkshire Hathaway kimi nəhəng şirkəti ilə yanaşı, inkişafda olan layihələrə etdiyi yatırımlar da diqqət mərkəzindərir.
8. Janet Yellen, Sədr, ABŞ Federal Ehtiyat Sistemi (FES)
Janet Yellen sayəsində ABŞ iqtisadiyyatı öz əsas göstəricilərini bir qədər pisləşdirsə də, digər ölkələrdəki vəziyyət fonunda əminliklə inkişaf etməyə davam edir.
7. Mario Dragi, Prezident, Avropa Mərkəzi bankı
Dragi artıq 5 ildir ki, Avropa Mərkəzi bankını uğurla idarə edir. O Böyük Britaniyanın Aİ-nı tərk etməsindən sonra vəziyyətin pisləşməməsi üçün əlindən gələni edəcəyini bildirib.
6. Angela Merkel, kansler, Almaniya
Merkelin mühacirlərə qarşı yürütdüyü siyasət ölkədə birmənalı olaraq qarşılanmadı və ola bilsin ki, onun bu yaxınlarda keçirilən seçkilərdə siyasi gücünü zəiflətməsi məhz bununla bağlıdır.
5. Ceff Bezos, СЕО, Amazon
Bezosun dünya bazarına təsiri açıq-aydındır. Bu il Amazon şirkəti üçün də uğurludur və onun şirkəti onu dünyanın ən varlı üçüncü şəxsi etdi.
4. Ksi Cinping, Prezident, Çin
Ksi Cinping ölkənin illik iqtisadi artım səviyyəsini qoruyacağına və borc həcminin azaldılacağına söz verib. Bu plan uğursuzluqla nəticələndə, onun nəticələri bütün maliyyə bazarına təsir edəcək.
3. Hilary Clinton, ABŞ prezidentliyinə namizəd
ABŞ seçkilərində Clinton qalib gəlsə, onun əsas tapşırığı vergi sistemində islahatlar həyata keçirmək olacaq ki, bu da nəhəng şirkət və varlı şəxslərə təsir edəcək.
2 Donald Trump, ABŞ prezidentliyinə namizəd
Yox əgər seçkilərdə Trump qalib gəlsə, bütün dünya onun seçki öncəsi verdiyi vədlərini hansı dərəcədə reallaşdırdığına tamaşa edəcək.
1. Teresa May, Baş nazir, Böyük Britaniya
23 iyul tarixində həyata keçirilən referendumdan sonra Britaniyadakı vəziyyət siyasi və maliyyə arenasına çıxdı. Ölkənin iqtisadiyyatının taleyi Teresa May-in yeni şərtlərlə açar mövqeli partnyorlarla necə razılığa gəlməsindən asılıdır.