7 C
Baku
Monday, February 23, 2026

Bloomberg: “Warner Bros. Discovery” və “Netflix”in birləşməsi kinoteatrlarda filmlərin nümayiş müddətini azalda bilər

“Warner Bros. Discovery”nin “Netflix” tərəfindən alınması kinoteatrlarda filmlərin prokat müddətinin qısalmasına səbəb ola bilər. Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, çətin vəziyyətdə olan kinoteatrlar ən pis dövrün arxada qaldığını düşündükləri bir vaxtda bu sövdələşmə sənayeni yenidən uyğunlaşmağa məcbur edə bilər.

Yanvarda Bloomberg yazmışdı ki, ən iri kinoteatr şəbəkələrinin — “AMC Entertainment”, “Kinepolis” və “Cineworld” nümayəndələri Brüsseldə keçirilən görüşdə bu razılaşmanın blokbasterlərin nümayişinə mane ola biləcəyi riskini vurğulayıblar.

Yanvarın ortalarında “Netflix” ötən ilin 5 dekabrında razılaşdırılmış məbləğin — $82,7 milyardın — tam şəkildə nağd ödəniləcəyini açıqlayıb. Razılaşmaya əsasən, “Warner Bros. Discovery”nin səhmdarları hər səhm üçün $27,75 almalıdır. “Paramount Skydance Corp.” isə səhmlərin birbaşa səhmdarlardan alınması şərti ilə hər səhm üçün $30 (studiyanın $108,4 milyard qiymətləndirilməsi ilə) təklif etmişdi, lakin bu təklif daha az sərfəli hesab olunub.

Son xəbərlər
Digər xəbərlər