7 C
Baku
Tuesday, March 10, 2026

Bloomberg: Yaxın Şərq ölkələri neft hasilatını gündəlik təxminən 7 milyon barel azaldıb

Yaxın Şərq ölkələri Hörmüz boğazında gəmiçiliyin İran tərəfindən qadağan edilməsi və yanacaq anbarlarının dolması səbəbindən neft hasilatını gündəlik 5,9–6,7 milyon barel azaldır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı hasilatı 2–2,5 milyon barel/gün, İraq 2,9 milyon barel/gün, Birləşmiş Ərəb Əmirlikləri isə 500–800 min barel/gün azaldıb. Bundan əlavə, Küveyt də hasilatı təxminən 500 min barel/gün azaltıb.

10 martda Brent markalı neftin qiyməti 6%-dən çox azalaraq 92,54 dollara düşüb. Moskva vaxtı ilə saat 12:02-yə olan məlumata görə, Brent fyuçerslərinin qiyməti 92,33 dollar təşkil edib (-6,68%). Bu barədə “Investing.com” portalının məlumatlarında qeyd olunur.

Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft ixracı üçün yeganə dəniz çıxışıdır. Martın 2-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başladıqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu boğazdan keçməyə çalışan gəmiləri “yandıracaqlarını” bəyan etmişdi, martın 4-də isə İran bu dəniz dəhlizi üzrə hərəkətə rəsmi qadağa tətbiq edib.

“Reuters” yazır ki, nəticədə 150-dən çox tanker boğaz yaxınlığında açıq dənizdə lövbər salaraq hərəkətsiz qalıb.

Son xəbərlər
Digər xəbərlər