“Apple” şirkəti 2023-cü ildə yeni M3 çipi ilə iMac buraxacaq. Bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, şirkət kompüterin premyerasını 2023-cü ilin sonuna qədər təxirə salıb, çünki M2 çipli versiyanı buraxaraq, ən son M3 prosessorlu modeli təqdim etməyi planlaşdırır.
Yeni prosessoru təkcə iMac deyil, həm də yeni MacBook Air və 13 düymlük MacBook Pro noutbukları alacaq.
Xatırladaq ki, 2023-cü ilin yanvarında “Apple” yeni M2 Pro və M2 Pro Max çiplərini təqdim edib.