7 C
Baku
Sunday, December 15, 2024

Bloomberg: Yeni ümumdünya iqtisadi böhranının başlamasına bir neçə ay qalıb

Bu ilin sonunda dünya yeni qlobal iqtisadi böhranla üz-üzə qala bilər. Bu barədə “Bloomberg” agentliyinin ekspertləri bildirib.

Mütəxəssislərin iddiasına görə, iqtisadi böhranın başlaması üçün artıq bütün əlamətlər görünməkdədir. İyun ayında ABŞ-da kredit kartları üzrə borcların məbləği 1 trilyon dolları ötüb. Bu rəqəm 2008-ci ilin iqtisadi böhranından əvvəlki göstəricidən də böyükdür.

Məlumatda qeyd olunur ki, hazırda hər bir amerikalı ailənin banklara orta hesabla 100 min dollar borcu var. Bu kreditləri hər ay artan faizləri ilə birlikdə ödəmək isə çoxları üçün qeyri-mümkündür.

Sözügedən borclar ABŞ iqtisadiyyatına güclü təzyiq göstərir. Ev əşyalarının satış həcmi 10% azalıb. Son 10 ildə ilk dəfə mağazalarda orta çek məbləği aşağı düşüb. İpoteka və avtomobil kreditləri bazarında tənəzzül yaşanır.

virtualaz.org

Son xəbərlər
Digər xəbərlər