31 C
Baku
Friday, June 14, 2024

“Bloomberg”: Zelenski iyunda G7 toplantısında iştirak edəcək

“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski iyunda İtaliyada keçiriləcək G7 liderlərinin görüşündə iştirak edəcək. Cənab Zelenskinin ofisi onun cədvəlinin hələ təsdiqlənmədiyini əsas gətirərək şərh verməkdən imtina edib.

Agentliyin qeyd etdiyi kimi, Ukrayna prezidenti Qərb ölkələrini ukraynalı hərbçilərə Rusiya ərazisinə dərindən zərbələr endirməyə imkan verəcək daha uzun mənzilli silahlar verməyə sövq edir. O, artıq ikinci ildir ki, G7 sammitində iştirak edir.

Bu il sammit iyunun 13-15-də baş tutacaq. “Politico” yazır ki, bir qrup ukraynalı diplomat ABŞ administrasiyasını Rusiyaya zərbə endirmək üçün silahdan istifadəyə qoyulmuş qadağanı ləğv etməyə inandırmaq məqsədilə may ayında Vaşinqtona səfər edib. Nəşrin yazdığına görə, Ukraynanın məqsədi Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinin irəliləməsini geri çəkmək üçün hərbi anbarlara zərbələr endirməkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər