“Blue Origin”: Son uçuş testindən sonra kosmosa göndəriləcəklər

  •  
  •  
  •  
  •  

Amazon-un yaradıcısı Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin bu ilin əvvəlində artıq insanları kosmik turist qismində kosmosa göndərməyi planlaşdırır. Bununla belə kosmik turistlər üçün olacaq biletlərin hansı qiymət göstəricilərinə sahib olacaqları barəsində şirkət hələki bir qərara gəlməyib. Bu barədə Blue Origin şirkətinin satış və strategiya üzrə direktoru Ariane CornellSpacenews saytına müsahibəsində bildirib. Blue Origin insanları New Shepard kosmik gəmisi vasitəsilə kosmosa göndərəcək.

Həmçinin oxu:
Həmyerlimizin şirkəti nəhəng satış platformasında – “Amazon”-da “Best sellers”-də Azərbaycanın fındıq şirkəti

Banker.az “technote.az”-a istinadən xəbər verir ki,  şirkət sadəcə olaraq kosmik aparatın son uçuş testini keçirtməlidir. İlk öncə sonuncu test uçuşu keçən ilin 18 dekabr tarixində planlaşdırılırdı. Lakin bu uçuş testi bilinməyən müddətə təxirə salındı. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, bir kosmik turist üçün uçuş biletinin qiyməti 200.000$ təşkil edəcək. Lakin analitiklər bildirirlər ki, hətta bir biletin qiyməti 300.000$ təşkil etsə də bu layihə şirkətə yalnız maliyyə itkisi gətirəcək. Analitiklər New Shepard kosmik gəmisinin bir uçuşunun xərclərini 10 milyard dollar dəyərində qiymətləndirirlər.


  •  
  •  
  •  
  •