Blumberq prezidentlik kampaniyasına yarım milyard ABŞ dolları xərclədi

ABŞ-da Demokrat partiyasından prezidentliyə namizəd, tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) prezidentlik kampaniyasına 500 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Bu barədə ABŞ-da prezidentliyə namizədlərin reklama ödədikləri pulları hesablayan “Advertising Analytics” şirkəti məlumat yayıb.

“Hazırda, Blumberqin reklam üçün mediaya xərclədiyi ümumi vəsaitin miqdarı – 509 512 884 ABŞ dollarıdır”.

Əvvəlcə respublikaçı olan Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb.

Onun sərvəti 50 milyard ABŞ dollarından çoxdur və prezidentlik kampaniyasının xərclərini özü qarşılayır. O, hələ ki, heç bir praymerizdə (Ayova, Nyu-Hempşir və Nevada ştatları) iştirak etməyib. Amma onun 3 martda 14 ştatın sakinlərinin səs verəcəyi praymerizdə iştirakı gözlənilir.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları