5 C
Baku
Saturday, December 14, 2024

Blyuma Zeyqarnik effekti

Bu effektin mahiyyəti ondadır ki, insan yarıda buraxdığı işləri daha yaxşı xatırlayır, o işləri ki tamamlanmamış və ya yarıda kəsilmiş qalır, onlar insanın hafizəsində daha möhkəm həkk olunur. 

Əfsanəyə əsasən, Blyuma bir dəfə öz müəllimi ilə kafeyə daxil olur. Onun diqqətini o fakt cəlb edir ki, ofisiant sifarişi qəbul edərkən heç bir yazılı qeyd etmir, baxmayaraq ki, sifariş olunan təamların və içkilərin sayı kifayət qədər uzun idi, sonra isə bütün sifarişi heç nəyi unutmadan masaya gətirir. Belə möcüzəvi yaddaşı ilə bağlı fikrə gəldikdə isə ofisiant çiyinlərini çəkib söyləyir ki, o heç vaxt heç nə yazmır və heç vaxt unutmur. Onda psixoloqlar ofisiantdan soruşurlar ki, bəs bizdən öncə xidmət göstərdiyin qonaqlar, yəni biz gələndə kafeni təzəcə tərk edənlər nə seçmişdi? Bu zaman ofisiant özünü itirir və bildirir ki, həqiqətən də sifarişi tam xatırlamır.

Beləliklə psixoloqların ağlına belə bir fikir gəlir ki, işin natamam qalmasının və ya tam başa çatmasının insan yaddaşına necə təsir etməsini öyrənmək üçün təcrübə keçirsinlər. Bu eksperimenti həyata keçirən isə B.V. Zeyqarnik olur.

Təcrübədə Zeyqarnik iştirakçılardan xahiş edir ki, müəyyən müddət ərzində intellektual məsələləri həll etsinlər. Məsələnin həll edilmə müddəti onun tərəfindən ixtiyarı anda seçilə bilərdi. Belə ki, o ya iştirakçıya məsələnin cavabını tapmağa imkan verir, ya istənilən bir anda bəyan edirdi ki, vaxt bitib və tapşırıq başa çatıb. Bir neçə gün keçdikdən sonra iştirakçılardan xahiş edirlər ki, sınaq müddətində onlara təqdim edilən məsələlərin şərtlərini yada salsınlar. Belə məlum olub ki, yarıda qalmış və həll edilməmiş məsələlərin şərtləri uğurla həll edilən məsələlərlə müqayisədə yadda daha yaxşı qalır. Həll edilməyib yadda qalan tapşırıqların sayı uğurla həll edilən tapşırıqlar ilə müqayisədə yadda iki dəfə çox olur.

Bu qanunauyğunluq isə “Zeyqarnik effekti” adını alır.

Son xəbərlər
Digər xəbərlər