20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

BMT Əfqanıstana humanitar yardım göstərilməsini dayandırıb

Screen Shot 2021 09 02 at 14.34.20

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq proqramı Əfqanıstana humanitar yardım göstərilməsini “təhlükəsizliklə əlaqəli qeyri-müəyyənlik” səbəbindən müvəqqəti olaraq dayandırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq humanitar yardım dəhlizləri boyunca planlaşdırılan tədarük müvəqqəti olaraq dayandırılıb. Lakin təşkilat yerdəki vəziyyəti nəzərə alaraq ölkədə işini davam etdirmək niyyətindədir”, – deyə mesajda bildirilir.

BMT-nin mövqeyinə görə, Əfqanıstandakı vəziyyət “humanitar fəlakətin bütün əlamətlərinə malikdir”. Belə ki, ölkədə hər üç nəfərdən biri kəskin qida çatışmazlığı ilə üz-üzədir.

Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər