Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra böhran başlayacaq: təxminən 14 milyon insan aclıqla üzləşə biləcək.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli məlumat verib.
BMT nümayəndəsi bir neçə il davam edən quldarlıq, qarşıdurma və iqtisadi tənəzzül səbəbindən “mükəmməl bir fırtınanın” olacağını proqnozlaşdırıb. Ölkədəki vəziyyət pisləşsə, əfqanlar üçün “yer üzündə cəhənnəm” başlayacaq.
Bizli dünya siyasətçilərini “sürətli hərəkət etməyə” çağırıb. Onun sözlərinə görə, humanitar fəlakətin qarşısını almaq üçün sentyabr ayına qədər ən azı 200 milyon dollar vəsait tələb olunacaq. Ümumdünya Ərzaq Proqramının icraçı direktoru ABŞ, Qətər və Fars körfəzinin digər ərəb dövlətlərinin bu məbləği toplamaqda kömək edəcəyinə ümid edir.
ABŞ və onun müttəfiqləri qoşunlarının böyük hissəsini Əfqanıstandan çıxardıqdan sonra “Taliban” hücuma keçib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkədən qaçıb.
Qeyd edək ki, Almaniya kansleri Anqela Merkel Əfqanıstana 600 milyon avro ayırmağı vəd edib. Taliblərin hakimiyyəti ələ keçirdikdən sonra Berlin iqtisadi və sosial inkişafı təşviq etmək üçün hökumətin Kabilə göstərdiyi dəstəyi dayandırıb.