12 C
Baku
Wednesday, December 11, 2024

BMT 2020-ci ildə qlobal iqtisadiyyatda 4,3% azalma proqnozlaşdırdı

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal iqtisadiyyatdakı azalma ötən il ilə müqayisədə 4,3% təşkil edəcək.

Bnaker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Buna  baxmayaraq, mütəxəssislər 2021-ci ildə 4,1% artım gözləyirlər. Bu proqnoz Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Cenevrədə yayımladığı hesabatda yer alıb.

Təşkilat bildirir ki, koronavirusa qarşı təsirli peyvəndlərin yaradılması, “gələcəkdə uzun müddət hiss ediləcək iqtisadi zərərin genişlənməsini dayandırmayacaq, xüsusilə yoxsul əhali təsirlənəcək. “Covid-19 pandemiyası hər kəs üçün dərs oldu”, – deyə UNCTAD-ın baş katibi vurğulayır. O, dünya ölkələrini “virusun daha sürətli yayılmasına və qeyri-bərabər iqtisadi nəticələrə səbəb olan qloballaşmanın zəif tərəfləri” ilə mübarizə aparmağa çağırıb. Eyni zamanda, onun fikrincə, “tutqun proqnozlara” baxmayaraq, müasir dünyada “daha əhatəli və dayanıqlı gələcək qurmaq” fürsəti hələ də var.

UNCTAD ekspertlərinə görə, mövcud böhran “yeni, daha davamlı istehsal şəbəkələri üçün katalizator ola bilər”. Hesabatda deyilir ki, o həm də istehsalın daha ekoloji olması üçün bir şansdır.

 

Son xəbərlər
Digər xəbərlər