8 C
Baku
Sunday, November 17, 2024

BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq

2024-cü ilin əvvəlindən neft qiymətlərinin artımı Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Qeyd edilib ki, hər iki ölkədə bu il inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Hesabatda həmçinin bildirilib ki, Qafqazın və Mərkəzi Asiyanın digər iqtisadiyyatları Rusiya bizneslərinin köçürülməsindən və Rusiya bazarına artan təkrar ixrac imkanlarından faydalanır. Bununla belə, Rusiya Federasiyasında əməkçi miqrantların işə götürülməsi qaydalarının planlaşdırılan sərtləşdirilməsi çox güman ki, pul köçürmələri axınını azaldacaq və daxili əmək bazarlarında təzyiqlər yaradacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər