9 C
Baku
Friday, December 27, 2024

BMT Baş Assambleyanın prezidenti Azərbaycana rəsmi səfər edəcək

BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan Respublikası xarici işlər nazirinin dəvəti ilə 2022-ci il iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

BMT-nin Beynəxalq əlaqələr şöbəsindən verilən xəbər görə, Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir.

Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək.

Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək.

Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər