9 C
Baku
Bazar, Oktyabr 24, 2021

BMT baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət ünvanladı

BMT baş katibi Antoniu Quterreş regional və beynəlxalq qüvvələri Azərbaycan-Ermənistan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırır.

“RİA Novosti” xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Stefan Dyujarrikin sözlərinə görə, baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir. O, yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər