25 C
Baku
Thursday, July 25, 2024

BMT baş katibi: “Sudanda üç günlük atəşkəs elan olunub”

BMT və Afrika Birliyinin Sudanda davam edən qarşıdurma ilə bağlı birgə keçirdiyi iclasda tərəflər arasında üç günlük atəşkəs olunması barədə razılıq əldə olunub.

Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

A.Quterreş tərəfləri bölgədə gərginliyin azalmağa çağırıb və siyasi dialoqun başlanmasına dəstək verməyə hazır olduğunu qeyd edib: “İclasda ilkin olaraq Ramazan bayramı günlərində üç günlük atəşkəs əldə olundu. Bu müddət münaqişə zonasında sıxışmış mülki şəxslərin köçməsinə, yaralıların müalicə olunması və digər ehtiyacların təmin olunmasına imkanı verəcək”.

Baş katib münaqişənin sona çatması üçün tərəflər arasında dərhal dialoqun vacibliyinə diqqət çəkib. A.Quterreş ölkədə mülki hökumətin qurulmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər