BMT Baş katibi Antoniu Quterreş 53-cü Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedir.
Bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
16-20 yanvar tarixlərində baş tutacaq forumda Quterreş bir çox dünya liderləri ilə görüşəcək və münaqişə bölgələri ilə bağlı dialoqlarda iştirak edəcək.