Qlobal iqtisadiyyatda yaranan qeyri-müəyyənlik səbəbindən 2016-cı ildə dünyada birbaşa xarici investisiyaların həcminin 10-15% azalacağı proqnozlaşdırılır.
BMT-nin verdiyi xəbərə görə, qeyri-müəyyənlik əsasən məcmu tələbin azalması, xammal ixrac edən ölkələrdə aşağı iqtisadi artım sürəti və vergi nəzarətinin gücləndirilməsi səbəbindən yaranıb.
Beynəlxalq bazarlarda müşahidə olunan konsolidasiyalar (M&A) 2015-ci ilin yekununda bütün dünyada birbaşa investisiyaların həcminin son 8 ilin maksimal həddi – 1,76 trln. dollara çatmasına səbəb olub. Bu, 2008-2009-cu illərin qlobal maliyyə böhranından sonra ən yüksək göstəricidir. Belə ki, birbaşa xarici investisiyalar 2015-ci ildə 2014-cü il ilə müqayisədə 38% artıb. Qlobal M&A əməliyyatları 2015-ci ildə 721 mlrd. dollar təşkil edib və 2014-cü ilin analoji göstəricisini 67% üstələyib.
Qeyd edək ki, 2015-ci ilin ən böyük M&A əməliyyatı “Actavis” ilə “Allergan” şirkətlərinin birləşmə nəticəsində baş tutub. İkinci sırada “Sigma-Aldrich Corp.”un Almaniyanın “MerckKGaA” şirkəti tərəfindən alınması qərarlaşıb. Üçüncü isə “GlaxoSmithKline”ın biznesinin bir hissəsini İsveçrənin “Novartis”ə 16 mlrd. dollara satması əməliyyatı olub.
Maraqlıdır ki, hər üç əsas əməliyyat əczaçılıq sektorunda reallaşıb. BMT-nin hesabatına görə, bu iri ticarət anlaşmaları diqqətə alınmasa, birbaşa xarici investisiyaların axını 2015-ci ildə 15% artıb.
Report