24 C
Baku
Saturday, June 25, 2022

BMT G20 liderlərindən pandemiya ilə mübarizəyə 28 mlrd. dollar ayırmalarını xahiş edib

ABŞ-ın baş katibi Antoniu Guterres G20 ölkələrinin liderlərindən koronavirusla mübarizəyə 28 milyard dollar ayırmaların xahiş edib.

Banker.az xəbər verir ki, bu barədə baş katibin çərşənbə axşamı G20 liderlərinə ünvanlandığı məktubda deyilir.

“G20-dən Covid-19 ilə mübarizə aparmaq məqsədi ilə 28 milyard dollar ayırmasını xahiş edirəm və tibbi məhsulların istehsalını genişləndirməyə çağırıram”, – mesajda deyilir.

“Biz həm də bu sahədə millətçiliyin hər hansı bir təzahürünə (ölkələrin başqalarının ziyanına ilk növbədə özlərini peyvəndlə təmin etmək istəyi) qarşı durmalıyıq”, – Antoniu Guterres vurğulayır.

Xatırladaq ki, G20 ölkələrinin növbəti iclası 21 və 22 noyabr üçün planlaşdırılıb. Danışıqlar zamanı müzakirə mövzularından biri də pandemiyanın səbəb olduğu böhrandan sonra iqtisadi artımın bərpası olacaq. Koronavirusla əlaqəli problemlərdən başqa sammitdə innovasiyalar da daxil olmaqla, bir çox digər məsələlərə toxunulacaq.

Son xəbərlər
Oxşar xəbərlər