3 C
Baku
Tuesday, December 30, 2025

BMT İranın “Saudi Aramco” ya hücumda iştirak etdiyini sübut edə bilmədi

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranın “Saudi Aramco” şirkətinə hücumda iştirak etdiyinə dair dəlil tapa bilməyib. Bu haqda təşkilatın baş katibinin məruzəsində deyilir.

Baş katibin sözlərinə görə, təşkilat “bu hücumlarda istifadə edilən raketlərin və pilotsuz uçuş aparatlarının İran mənşəli olduğunu və BMT-nin qətnamələrinə zidd ola bir şəkildə ötürüldüyünü təsdiq edə bilməyib”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının ən böyük neft şirkəti olan “Saudi Aramco” ya bu ilin sentyabr ayının 14-də hücum edilmişdir. Nəticədə Səudiyyə Ərəbistanının neft istehsalı əhəmiyyətli dərəcədə azaldı.

Ər-Riyad baş verən hadisədə İranı günahlandırsa da, ölkənin hücumlarda iştirak etdiyi sübut edilməyib.

Son xəbərlər
Digər xəbərlər