BMT koronavirusla mübarizədə kasıb ölkələrə 2 mlrd. dollar maliyyə vəsaiti ayırır

BMT koronavirus pandemiyası ilə mübarizədə kasıb ölkələrə kömək etmək və humanitar fəlakətin qarşısını almaq üçün iki milyard dollarlıq maliyyə vəsaiti ayırır.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib: “Bu gündən etibarən dünyanın ən kasıb ölkələrində COVID-19-a qarşı mübarizəyə maliyyə dəstəyi vermək üçün iki milyard dollar dəyərində qlobal humanitar yardım planını həyata keçirməyə başlayırıq. Əgər bu yardım reallaşdırılmasa nəticələr pis ola bilər”.

BMT baş katibi G20 ölkələrinə də çağırış edərək onları inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməyi tövsiyə edib. Həmçinin onları koronavirusun təsirinə məruz qalan ölkələrin ərzaq və zəruri tibbi ləvazimatlarla təmin etmək üçün bu ölkələrə qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları