14 C
Baku
Saturday, November 16, 2024

BMT-nin Ali komissarı Ermənistanı ittiham edərək tərəfləri danışıqlara başlamağa çağırdı

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçelet  Dağlıq Qarabağ münaqişəsi zonasında yaşayış məntəqələrinə fərq qoyulmadan davam edən hücumlardan narahatlığını ifadə edib.

Banker.az xəbər verir ki, bu barədə Ali Komissarlığın rəsmi saytı xəbər yayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mülki şəxslərə qarşı hücumlardan çəkinmək barədə razılığa baxmayaraq, keçən həftə sonu yaşayış məntəqələrinə artilleriya zərbələri endirilib. “Azərbaycan mənbələrinə görə, cəbhə xəttindən təxminən 20 km məsafədə yerləşən Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalıb.

M.Baçelet bildirib ki, ən böyük insan tələfatı oktyabrın 28-də baş verib. Aktiv döyüş əməliyyatları zonasından təxminən 30 km məsafədə yerləşən Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb və 70 nəfər yaralanıb: “Məlumatlara görə, Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kaset sursatları olub. Yaşayış yerlərinə kaset döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.

Bir halda ki, insanlar həlak olmaqda davam edir, dinc sakinlərin iztirabları isə daha da dərinləşir, mən yenə də hərbi əməliyyatların dərhal dayandırılmasına və bütün tərəfləri humanitar səbəblərlə atəşkəsə əməl etməyə, bu münaqişənin sülh yolu ilə və qalıcı həllini tapmaq üçün danışıqlara başlamağa çağırıram”.

Son xəbərlər
Digər xəbərlər