11 C
Baku
Sunday, November 17, 2024

BMT-nin Baş katibi: “Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir”

“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.

Bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.

“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – baş katib vurğulayıb.

O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür.

Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.

Son xəbərlər
Digər xəbərlər