Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-nin İrana zərbələri ilə əlaqədar təcili iclas keçirəcək.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, görüş İranın tələbi ilə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bildirilir ki, Təhlükəsizlik Şurasının Rusiya, Çin və Pakistanın qətnamə layihəsinə səs verməsi gözlənilmir.