13 C
Baku
Sunday, November 27, 2022

BMT nüvə münaqişəsi ideyasını qəbuledilməz hesab edir

BMT-nin baş katibi Antonio Quterreş nüvə münaqişəsi ideyasını qəbuledilməz və ağlasığmaz hesab edir.

Bunu dünya təşkilatının baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Nüvə silahından istifadə ilə bağlı hər hansı bəyanatlara gəlincə, mən BMT baş katibinin bu mövzuda dediklərini xatırlatmaq istəyirəm. Baş katibin mövqeyi dəyişməyib”, – deyə o bildirib.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş 22 sentyabr tarixində bildirib ki, nüvə münaqişəsi ideyası qəbuledilməzdir:

“Ağlasığmaz nüvə münaqişəsi ideyası müzakirə mövzusuna çevrilib. Bu, özlüyündə tamamilə qəbuledilməzdir. Bütün nüvə dövlətləri nüvə silahının istifadə edilməməsi və tədricən ləğv edilməsinə dair öhdəliklərini bir daha təsdiqləməlidirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X