26 C
Baku
Saturday, July 27, 2024

BMT pandemiyadan sonra “köhnə həyata” qayıtmağı gözləməməyi xahiş etdi

Ölkələr koronavirus pandemiyasından sonra yeni iqtisadiyyat yaratmaq və iş yerlərinin sayını artırmaq üçün addımlar atmalıdır.

Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.

“Köhnə həyata” qayıdış olmayacaq. Hökumətlərin bu həftələrdə və aylarda həyata keçirdiyi maliyyə mənbələrinin kütləvi şəkildə yenidən bölüşdürülməsi <…> gələcəyin əlamətidir”, – deyə ekspertlər bildirirlər.

Onların proqnozlarına görə, koronavirus pandemiyası fonunda 2020-ci ilin ikinci rübündə 195 milyon insan işsiz qalacaq və yoxsulluq səviyyəsi “tarixi” ola bilər. Ən çox Covid-19 pandemiyasından kiçik cə orta sahibkarlıq, kənd təsərrüfatı işçiləri və miqrantlar zərər görəcək.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva aprelin əvvəlində qlobal iqtisadiyyatın dayandırıldığını elan etmişdir. Onun sözlərinə görə, vəziyyət 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövründəki vəziyyətdən daha pisdir.

Xatırladaq ki, Con Hopkins Universitetinin hesablamalarına görə, hazırda bütün dünyada koronavirusa 3 milyondan çox insan yoluxub, onlardan 210 min nəfər dünyasını dəyişib. Ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə olunub – 987 min və 56,1 min nəfər.

Son xəbərlər
Digər xəbərlər