13 C
Baku
Sunday, November 24, 2024

BMT: Qlobal dövlət borcu rekord 92 trln. dollara çatıb

BMT-nin iyulun 12-də dərc etdiyi hesabata əsasən, təxminən 3.3 milyard insan – bəşəriyyətin demək olar ki, yarısı vəsaitlərinin böyük hissəsini təhsil və səhiyyəyə deyil, borc üzrə faizləri ödəməyə xərcləyən ölkələrdə yaşayır.

Quterreşin fikrincə, belə bir “sarsıdıcı borc böhranı” əsasən yoxsul inkişaf etməkdə olan ölkələrdə cəmləşib və görünən odur ki, “qlobal maliyyə sistemi üçün sistem riski hesab edilmir”.

Hesabata görə, yüksək borc səviyyəsi ilə üzləşən ölkələrin sayı 2011-ci ildə 22 ölkədən 2022-ci ildə 59-a yüksəlib. Quterreş bildirib ki, ümumilikdə 52 ölkənin (inkişaf etməkdə olan ölkələrin təxminən 40%-i) ciddi borc problemləri var.

Hesabatda deyilir: “Afrikada faizə xərclənən məbləğ təhsil və ya səhiyyəyə xərclənən məbləğdən nisbətən daha yüksəkdir. Asiya və Okeaniyadakı inkişaf etməkdə olan ölkələr (Çin istisna olmaqla) faizə səhiyyədən daha çox pul xərcləyirlər. Dünyada artan borc yükü ölkələrin davamlı inkişafa investisiya qoymasına mane olur”.

Quterres borcun artan payının inkişaf etməkdə olan ölkələrə yüksək faiz dərəcələri tətbiq edən özəl kreditorlara məxsus olduğunu söyləyib.

Son xəbərlər
Digər xəbərlər