3 C
Baku
Monday, March 4, 2024

BMT: Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı yarım milyona çata bilər

Rusiya-Ukrayna müharibəsində ölənlərin ümumi sayı yarım milyona çatacaq.

Bu barədə BMT-nin baş katibinin müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında bildirib.

O, mülki əhali və hərbçilər arasında həlak olanlar haqqında dəqiq rəqəm söyləməyib.

“Rəqəmlər çox dəhşətlidir. İnsan Hüquqları Komissiyasının məlumatına görə, 545-i uşaq olmaqla, azı 9444 mülki şəxs həlak olub. Reallıqda isə rəqəmlər daha çox ola bilər. Bəzi hesablamalara görə, hər iki tərəfdən həlak olan mülki şəxslərin və hərbçilərin ümumi sayı yarım milyona çatır”, – deyə təşkilatın nümayəndəsi bildirib.

Təşkilatın iyulun 30-na olan son dərc olunmuş hesabatına görə, ötən ilin fevralından bəri ümumilikdə 9369 mülki şəxs həlak olub, 16646 nəfər yaralanıb.

Son xəbərlər
Digər xəbərlər