6 C
Baku
Tuesday, January 31, 2023

BMT Rusiyadan ərzaq və gübrə ixracını asanlaşdırmağa hazırdır

BMT taxıl sazişinin uzadılmasından sonra Rusiyadan ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqdir.

Bunu BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Haq mətbuat konfransında bildirib.

O qeyd edib ki, dünya təşkilatının baş katibi Antonio Quterreş Ukraynadan taxıl, ərzaq və gübrə ixracını təmin edən taxıl sazişinin müddətinin 120 gün uzadılmasını alqışlayıb.

“BMT bu mühüm təchizat xəttini saxlamaq üçün İstanbulda Birgə Koordinasiya Mərkəzini dəstəkləməyə tam sadiqdir. BMT həmçinin Rusiya Federasiyasından ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X