4 C
Baku
Tuesday, February 27, 2024

BMT: rüşvətə görə dünya iqtisadiyyatı ildə $2,6 trilyon itirir

Qlobal miqyasda illik rüşvət həcmi 1 trilyon dollar təşkil edir.Rüşvət hər il  dünya iqtisadiyyatının 2,6 trilyon dollar itirməsinə gətirib çıxarır” –  BMT- in Baş katibi Antoniu Guterreş Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə  bildirib.

 “Rüşvət  dünyanın bütün ölkələrində var: zəngin və yoxsul, şimalda və cənubda, O,  Birləşmiş Millətlər Təşkilatının dəyərlərinə və ideallarına hücum deməkdir. Rüşvət insanları  məktəblərdən, xəstəxanalardan məhrum edir, investorları qorxudur və təbii ehtiyatların səmərəsiz istifadəsinə gətirib çıxarır”, –  bildirən baş katibin sözləri BMT-nin xəbər mərkəzindən alındı.

“Ümumdünya İqtisadi Forumun verdiyi məlumata  görə, rüşvət ilə bağlı illik itkilər ən azı 2,6 trilyon ABŞ dolları və ya dünya ümumi daxili məhsulunun 5% -ni təşkil edir”.

BMT-nin baş katibi həmçinin bildirmişdir ki, vergilərin ödənilməməsi, çirkli pulların yuyulması və digər maliyyə fırıldaqçılığı davamlı inkişaf hədəflərinə çatmaq üçün ciddi maneələr törədir.

Son xəbərlər
Digər xəbərlər