19 C
Baku
Friday, October 4, 2024

BMT Təhlükəsizlik Şurası gələn həftə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı sentyabrın 26-da iclas keçirəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi 2022-ci ilin sentyabrında “Şimal axını”nda baş vermiş partlayışların təhqiqatını başa çatdırmaq niyyətindədir.

“Biz həqiqətləri ictimaiyyətə çatdırmaq üçün çoxtərəfli formatlar çərçivəsində də əlimizdən gələni edəcəyik. Növbəti addımlar arasında Rusiyanın qaz kəmərlərində təxribatla bağlı sentyabrın 26-na planlaşdırılan BMT TŞ-nin iclası da var”, – M.Zaxarova qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər