25 C
Baku
Saturday, July 13, 2024

BMT Təhlükəsizlik Şurası gələn həftə Ukraynanı müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası gələn həftə Ukraynadakı vəziyyəti, o cümlədən təşkilatın baş katibi Antoniu Quterreşin Kiyevə səfərini müzakirə edəcək.

Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

O qeyd edib ki, baş katibin Kiyevə səfəri zamanı raket hücumları qeydə alınıb.

“Baş katibin mandatına sülhə nail olmaq üçün səylər daxildir və onları dəstəkləmək BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq bizim borcumuzdur. Gələn həftə keçiriləcək müzakirələrdə bu çox ciddi məsələni və BMT baş katibinin səfərini müzakirə etmək imkanımız olacaq”, – Vudvord bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər