9 C
Baku
Sunday, November 17, 2024

BMT Təhlükəsizlik Şurası bu gün Ukraynaya görə toplaşır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

Bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Sabah, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar.

“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”, – Polyanski bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər