BMT Təhlükəsizlik Şurası iyulun 9-da Ukrayna ilə bağlı təcili iclas keçirəcək. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, görüş saat 10:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.
Volodimir Zelenskinin sözlərinə görə, bu gün Ukrayna ərazisinə 40-dan çox raket buraxılıb. Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk hücuma məruz qalıb. Kiyev hakimiyyəti də hava hücumundan müdafiənin işi barədə məlumat verib. Şəhər administrasiyası iddia edir ki, raket qalıqları Kiyevin yeddi rayonuna – Solomenski, Dneprovski, Darnitski, Desnyanski, Şevçenkovski və Qoloseyevski ərazilərinə düşüb. Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, ilkin məlumatlara görə, 20 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin mülki hədəflərə raket hücumları təşkil edilməsi ilə bağlı bəyanatlarını “tamamilə həqiqətə uyğun olmayan” adlandırıb. Agentlik hesab edir ki, Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində mülki obyektlərə ziyan dəyib.