23 C
Baku
Monday, September 16, 2024

BMT Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvü seçilib

BMT Baş Assambleyası Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini 2025-2026-cı illər üçün təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib, “Reuters” yazır. Yeni seçilən ölkələr 2024-cü il dekabrın 31-də səlahiyyət müddəti başa çatacaq Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı əvəz edəcəklər.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri gizli səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün BMT Baş Assambleyası nümayəndələrinin ən azı üçdə ikisinin səsini toplamaq lazımdır.

Təhlükəsizlik Şurası 5-i daimi olmaqla (Rusiya, Böyük Britaniya, ABŞ, Fransa, Çin) olmaqla 15 üzvdən ibarətdir. Qalanları hər il beş ölkədən ibarət qruplarda seçilir. 2025-ci ildə Əlcəzair, Qayana, Cənubi Koreya, Sloveniya və Syerra-Leone də Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olaraq qalırlar.

Son xəbərlər
Digər xəbərlər