23 C
Baku
Friday, October 10, 2025

BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı iclası bu gün keçiriləcək

BMT Təhlükəsizlik Şurasının Venesuelaya həsr olunmuş iclası bu gün baş tutacaq. İclas Venesuelanın təşəbbüsü ilə çağırılıb, onun müraciətini Rusiya və Çin dəstəkləyib. İclas yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) başlayacaq.

Çərşənbə günü Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bəyan edib ki, ölkə ABŞ-nin hərbi təhdidinə və Amerika Hərbi Dəniz Qüvvələrinin Karib dənizində yerləşdirilməsinə qarşı dayanmağa hazırdır.

Oktyabrın 3-də Pentaqon Karib dənizində narkotacirlərə məxsus gəmiyə növbəti “öldürücü zərbə” endirildiyini bildirib. Oktyabrın 5-də isə ABŞ prezidenti Donald Tramp Latın Amerikasının narkokartellərinə qarşı mübarizənin “ikinci mərhələsini” elan edib.

Son xəbərlər
Digər xəbərlər