8 C
Baku
Wednesday, January 7, 2026

BMT TŞ ABŞ-nin Maduronu ələ keçirməsi ilə bağlı təcili iclas keçirir

BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatla bağlı təcili iclas keçirir.

Görüş Kolumbiyanın təşəbbüsü, Çin və Rusiyanın dəstəyi ilətəşkil olunub və hazırda BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilir.

Qeyd edək ki, ABŞ-nin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka gətirilib. Maduro yaxın saatlarda məhkəmə qarşısına çıxacaq.

2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər