12 C
Baku
Sunday, October 27, 2024

BMT TŞ-nın Şimali Koreya üzrə yeni qətnaməsi hazırlanır

ABŞ BMT Təhlükəsizlik Şurasında Şimali Koreya ilə bağlı qətnamə üzərində işi gücləndirib.

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Qətnamə raket sınaqlarına görə Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutur. Nümayəndənin sözlərinə görə, son vaxtlar Şimali Koreya hakimiyyəti BMT Təhlükəsizlik Şurasının əvvəllər qəbul etdiyi qətnamələri dəfələrlə pozub.

“Ümid edirik ki, KXDR-in hərəkətlərini pisləməkdə Şuranın birliyinə nail ola bilərik” dedi.

Qeyd edək ki, ABŞ may ayı ərzində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Son xəbərlər
Digər xəbərlər