8 C
Baku
Sunday, November 17, 2024

BMT TŞ Rusiyanın tələbi ilə Minsk razılaşmalarının pozulmasını müzakirə edəcək

Fevralın 17-də BMT Təhlükəsizlik Şurası Minsk razılaşmalarının bağlanmasının ildönümü ilə bağlı iclas keçirəcək və bu iclasda bu razılaşmaların “yerinə yetirilməməsinin səbəbləri” müzakirə olunacaq.

Bu barədə TASS-a Təşkilatdakı mənbələr məlumat verib.

“Görüş cümə günü, fevralın 17-də, saat 10:00-da (Bakı vaxtı ilə saat 19.00-da – red.) keçiriləcək”, – mənbə bildirib.

Minsk razılaşmaları tematikalı iclas Rusiya tərəfinin tələbi ilə keçiriləcək.

Qeyd edək ki, ilk Minsk razılaşmaları 2014-cü ildə Rusiya, Ukrayna və ATƏT nümayəndələrinin daxil olduğu üçtərəfli təmas qrupu tərəfindən bağlanıb.

Minsk razılaşmalarının bağlanmasından əvvəl Normandiya formatında (Ukrayna, Rusiya, Fransa, Almaniya) məsləhətləşmələr aparılıb.

Almaniyanın keçmiş kansleri Angela Merkel 2022-ci ilin dekabrında bildirib ki, 2014-cü ildə imzalanmış Minsk razılaşmaları Ukraynaya güclənmək üçün “dəyərli vaxt” verib. Onun sözlərinə görə, bunun nəticələrini indi də görmək mümkündür. O vurğulayıb ki, 2014-2015-ci illərdəki Ukrayna bugünkü Ukrayna deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski son çıxışlarından birində deyib ki, Minsk razılaşmaları əvvəlcə Qərbin Rusiyaya güzəşt kimi təşəbbüsü olub. Belə ki, ərazi itkiləri olmadan onları yerinə yetirmək mümkün deyildi.

2022-ci il fevralın 22-də Ukrayna lideri Rusiyanın işğal altındakı ərazilərin “müstəqilliyini” tanıması onun Minsk razılaşmalarından birtərəfli qaydada çıxması demək olduğunu açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər