6 C
Baku
Sunday, December 15, 2024

BMT turizm sənayesinin pandemiyadan sonrakı inkişafının üç ssenarisini hazırlayıb

BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) beynəlxalq turizmin dağılması barədə xəbərdarlıq edərək, bu sənayenin pandemiyadan sonrakı inkişafının üç ssenarisini hazırlayıb.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

BMT-nin proqnozuna görə, Covid-19 pandemiyası birinci rübdə turistlərin sayını 22% azaldıb, 2020-ci ilin sonuna qədər isə bu azalma 60-80%-a çata bilər.
Ən böyük azalma mart ayında baş verib – karantin rejimi tətbiq ediləndən sonra 57%. Bu, 67 milyon turist və 80 milyard dollar gəlir itirmək deməkdir.

2020-ci il üçün beynəlxalq turizmin ssenariləri:

Birinci ssenari iyul ayının əvvəlində beynəlxalq sərhədlərin tədricən açılması və səyahət məhdudiyyətlərinin sadələşdirilməsi şəraitində turistlərin sayının 58% azalmasını nəzərdə tutur.

İkinci ssenari ölkələrdə karantin rejiminin müddəti uzadılması və sərhədlərin yalnız sentyabrın əvvəlində açılması şəraitində beynəlxalq turizmin 70% azalmasını nəzərdə tutur.

Üçüncü ssenariyə uyğun olaraq beynəlxalq turizmin 80% azalacağını nəzərdə tutur – sərhədlər dekabrın əvvəlində açılarsa, bu barədə UNWTO təşkilatının araşdırmasında deyilir.

Son xəbərlər
Digər xəbərlər