13 C
Baku
Friday, March 29, 2024

BMT: Türkiyə son beş ildə digər ölkələrə nisbətən daha çox qaçqın qəbul edib

Qaçqınların əksər hissəsi suriyalıdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Selin Unal bildirib ki, Türkiyə son beş il ərzində digər ölkələrə nisbətən daha çox qaçqın qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Anadolu Ajansi məlumat verib.

Hər şeydən əvvəl, biz daxili münaqişənin davam etdiyi Suriyadan gələn miqrantlardan danışırıq. 2019-cu ildə qaçqın axını daha çox artıb.

“Təəssüflər olsun ki, qarşıdurmalar hələ də davam edir və keçən ilin eyni dövrü ilə müqayisədə cari ildə qaçqınları sayı artıb. Son beş ildə Türkiyə digər ölkələrə nisbətən daha çox qaçqın qəbul edib”, – Selin Unal.

Xatırladaq ki, 2018-ci ildə qaçqınlar sayı 70 milyon 800 min insan təşkil edib, bu 2017-ci il ilə müqayisədə 2 milyon 300 min çoxdur. Türkiyə ərazisində bir neçə milyon suriyalı qaçqın yaşayır.

 

Son xəbərlər
Digər xəbərlər