23 C
Baku
Wednesday, October 5, 2022

BMT: Ukraynada 1 276 dinc sakin həlak olub

Rusiya Federasiyasının tammiqyaslı hücumundan sonra Ukraynada dinc əhali arasında mülki əhali arasında qurbanların sayı azı 3 257 nəfərə çatıb. Onlardan 115-i uşaq olmaqla 1 276 nəfər həlak olub.

Bu məlumatlar Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydə alınıb.

Qeyd edilir ki, ölən 1 276 nəfərdən 260-ı kişi, 184-ü qadın, 18-i qız və 36-ı oğlandır.

BMT-nin məlumatına görə, qeydə alınmış mülki ölüm və ya xəsarətlərin əksəriyyətinə ağır artilleriyadan və çoxsaylı raket sistemlərindən atılan atəşlər, həmçinin raket və hava zərbələri də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi səbəb olub.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı real rəqəmlərin daha çox olduğunu vurğulayıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər