12 C
Baku
Sunday, October 27, 2024

BMT: Ukraynanın bərpasına çəkilən xərc 411 mlrd. dollara yüksəlib

BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və onun perspektivləri” hesabatında deyilir ki, Ukrayna ərazisində silahlı münaqişənin davam etməsi fonunda onun bərpasına çəkilən xərclər 411 milyard dollara yüksəlib.

Banker.az bu barədə İZ.ru-ya istinadən xəbər verir.

Qərb ölkələrinin, eləcə də beynəlxalq təşkilatların və Beynəlxalq Valyuta Fondunun (BVF) aktiv maliyyə yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə artıq durğunluq vəziyyətindədir.

Sənədin mətnindən belə çıxır ki, ölkə iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun əsas hissəsini itirib. Ümumilikdə, istehsalın azalması keçən il 29.1% təşkil edib.

Martın 22-də “Reuters” Dünya Bankı və Avropa Komissiyasının BMT və Kiyev hakimiyyəti ilə birgə apardığı yenilənmiş hesablamaya istinadən yazıb ki, ölkənin enerji sektoruna dəymiş zərərin həcmi 2022-ci ilin iyun ayı ilə müqayisədə 5 dəfə artıb.

İnfrastrukturla bağlı problemlər 2022-ci il oktyabrın 10-da Rusiya Ukraynaya çoxsaylı zərbələr endirdikdən sonra yaranmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər